Yay gəlib, hava dözülməz istidir. Belə vəziyyətdə bəzi avtobuslarda kondisionerlərin işləməməsi vəziyyəti bir az da gərginləşdirir. Bir tərəfdən avtobuslardakı sıxlıq, digər tərəfdən isti və havasızlıq sərnişinlərin narazılığına səbəb olur.
Bəs, kondisionerlər niyə işləmir? Problem həllini nə vaxt tapacaq?
ONN media Baku TV-yə istindən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobusların texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermədiyini bildirib.
"Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək", - məlumatda vurğulanıb.
Qurumdan həmçinin bildirilib ki, ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib, artıq qaliblər də bəllidir.



Məktəblər açılır - Avtobusların sayı artırılacaq?
Bu avtobuslarda niyə kondisioner işləmir?
Rayonlara sərnişindaşıma həyata keçirilir?
Sərnişinlərin NƏZƏRİNƏ- Marşrut xətti ləğv edilir
Bakıdan Gəncəyə gedənlərə şad xəbər!
Bakını təhlükəli vəziyyət gözləyir - TIXACLAR DAHA DA ARTACAQ
Bakıda bu avtobuslar yolda qalır – Şikayət
Üç ildən sonra Bakıda yalnız belə avtobuslar işləyəcək
Bakıya "İsuzu" markalı yeni avtobuslar gətirildi
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
SON DƏQİQƏ: Bakıda güclü tıxac var - Avtobuslar gecikir
Hava isti, kondisionerlər isə işləmir- VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 