Havaların isti keçdiyi bu günlərdə ictimai nəqliyyatda kondisionerlərin olmaması və ya bilərəkdən işlədilməməsi sərnişinləri narahat edir. Bu dəfə kondisioner problemi ilə bağlı Sumqayıt və Gəncədə olan vəziyyəti öyrənmişik.
Hava isti, kondisionerlər isə işləmir. Temperaturun 35-36 dərəcədən düşmədiyi bu günlərdə Gəncədə sərnişinlər marşrut avtobuslarında istidən və havasızlıqdan narazıdırlar.
Gəncənin marşrut xətlərindəki müxtəlif tutumlu avtobusların böyük əksəriyyətində kondisioner ümumiyyətlə yoxdur. Tək-tük olanlarda isə istifadə olunmur.
Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən isə bildirdilər ki, yay mövsümün başlaması ilə əlaqədar bu məsələ ilə bağlı daşıyıcı şirkətlərlə iş aparılır.
Sumqayıtda da bəzi avtobuslarda kondisionerlər işləmir.
Bununla belə kondisionerləri işə salınan marşrutlar da var.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydımov Xəzər Xəbər-ə bildirdi ki, hazırda 17 xətt üzrə şəhərdaxili marşrut avtobusu var və onlara nəzarət olunur.
İdarədən o da bildirildi ki, kondisionerləri olduğu halda işlətməyən sürücülər aşkar olunarsa, cəzalandırılacaq.



Bu avtobuslarda niyə kondisioner işləmir?
Marşrut avtobuslarında kondisioner sistemi niyə işləmir?
Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? - VİDEO
Avtobuslarda kondisionerlər niyə qoşulmur? - RƏSMİ AÇIQLAMA
Metropoliten qatarlarda kondisionerləri niyə söndürüb?
Avtobuslarda kondisionerlər niyə qoşulmur? - AÇIQLAMA
Bakıda avtobuslar nə vaxt yenilənəcək?
Bakıda avtobuslarda kondisionerlər qoşuldu
“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?
AYNA-ya yeni rəhbər təyin olundu
Sumqayıtda bütün avtobuslar kart sisteminə keçir
Sumqayıt və Xırdalandan Bakıya gələnlərə şad xəbər
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 