Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində – İnşaatçılar prospektindən Mətbuat prospektinə qədər hərəkət zolağı təşkil edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılır. "Hər gün Ə.Haqverdiyev küçəsindən 1 123 dəfə avtobus keçir. İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz, əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırırıq. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək", - deyə məlumatda qeyd edilib.



Bu yoldan istifadə edənlərin diqqətinə
Bakı-Sumqayıt yolunda daha bir YENİLİK
Bu yolda avtobusların sürəti artırıldı
Bakıda daha 3 küçədə avtobus zolağı salınır
Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Sumqayıta getmək istəyənlərin NƏZƏRİNƏ
Bu küçədə avtobus zolağı nəzarətə götürüldü
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bakıda yeni avtobus zolaqları təşkil edildi
Sürücülərə XƏBƏRDARLIQ: bunu etsəniz... - VİDEO
DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olundu
Bakıda bu prospektə avtobus zolağı çəkilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 