Paytaxtın küçə və prospektlərində avtobus zolaqlarının təşkili işləri davam etdirilir. Bu çərçivədə M.K.Atatürk prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsinə başlanılıb. Avtobus zolağı prospektin daha çox sıxlıq halları və ləngimələr müşahidə olunan istiqamətində, Əlövsət Əbdülrəhimov küçəsilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsilə kəsişməsinədək olan hissəsində təşkil olunacaq. ONN media Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, prospektin qeyd olunan hissəsindən 15 marşrut xətti üzrə 231 avtobus keçir. Gündəlik olaraq bu avtobuslardan 140.000 nəfərə yaxın sərnişin istifadə edir. Lakin bu istiqamətdə yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərəkət qrafikinin 15-20 dəqiqə, bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə avtobuslarda və prospekt boyunca dayanacaqlarda sərnişin sıxlıqları yaranır, sərnişinlərin səyahət müddəti lüzumsüz yerə artır. Zolağın təşkili ilə pik saatlarda avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq.
Bakıda bu prospektə avtobus zolağı çəkilir



Bakıda yeni avtobus zolaqları təşkil edildi
Bu marşrutların fəaliyyətində problem yarandı
Bakı-Sumqayıt yolunda daha bir YENİLİK
Bakıda daha 3 küçədə avtobus zolağı salınır
Bu yoldan istifadə edənlərin diqqətinə
DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olundu
Bu yolda avtobusların sürəti artırıldı
Bakıda 10 küçə və prospektdə avtobus zolaqları çəkiləcək - RƏSMİ
DİQQƏT- Bu əraziyə avtobus zolağı çəkilir
Bakıda 21 avtobus yolda qaldı- SƏBƏB İSƏ...
Bakıda marşurutlar üzrə gecikmələr baş verdi
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 