"Nazirlər Kabinetinin son qərarı "Əmək pensiyaları haqqında" Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr edilir".
ONN media xəbər verir ki, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib:
"Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir.
"Əmək pensiyaları haqqında" Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklər ilə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlə daxilində pensiyaya çıxan hərbçilərimizin pensiyalarında artım olacaq.
Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir".
Digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılır.
Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır".



“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Hərbçilərin pensiyası yenidən hesablanacaq
Bu şəxslərin pensiyası nə qədər artacaq?
Prezident pensiya ilə bağlı sərəncam imzaladı
Pensiyalarla bağlı qaydalarda yeni dəyişikliklər edildi
Bu rayonların pensiya təyinatında dəyişikliklər OLUNDU
Əmək pensiyaları ilə bağlı qərar imzalandı
Baş nazirdən pensiyalarla bağlı mühüm qərar
Əli Əsədov əmək pensiyaları ilə bağlı qərar imzaladı
Əmək pensiyası maddi yardımla birlikdə nə qədər artacaq? - Nazirlikdən AÇIQLAMA
Pensiyalarla bağlı daha bir YENİLİK
Prezident fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 