Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovla bağlı sosial şəbəkələrdə yayılan arayışa aydınlıq gətirib.
ONN media xəbər verir ki, agentliyin mətbuat katibi Murad Haşımov qeyd edilən sənədin “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış forması olduğunu deyib.
"Göründüyü kimi bu arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.
Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq həyata keçirilir.
Qanunvericilikdə bu güzəştlərdən şəhidin:
- həyat yoldaşı;
- valideynləri;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.
Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur.
Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir. Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, Şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik", - o vurğulayıb.



Şəhid ailəsi üçün Prezident təqaüdünü neçə nəfər alır? - RƏSMİ
Şəhid qardaşının müraciətinə yenidən baxıldı
Hərbçilərin ailə üzvləri və himayəsindəki şəxslərin siyahısı müəyyənləşir
Şəhid ailələrinə ŞAD XƏBƏR
İlham Əliyev İMZALADI: Bu şəxslərə aylıq 1800 manat təqaüd veriləcək
Azərbaycanda işə qəbul prosesində bu şəxslərə üstünlük veriləcək - QƏRAR
Səbuhinin qardaşı şəhid ailəsi statusuna aid deyil- Rəsmi
Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Şəhid adının əbədiləşdirilməsi ilə bağlı dəyişikliklər olacaq
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN
Azərbaycanda ölən şəxsin pensiyası bu şəxslərə veriləcək - RƏSMİ
Şəhidin 8 aylıq hamilə həyat yoldaşı hər kəsi göz yaşına boğdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 