Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Ağa Nemətulla küçəsini əsaslı təmir edib.
Agentlikdən verilən məlumata görə, uzunluğu 1,8 km təşkil edən küçndə aparılan təmir işləri zamanı mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.
Bundan başqa 2 nöqtədə vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək məqsədi ilə yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Nərimanov rayonu ərazisində təmir işlərinin aparıldığı daha bir ərazi Qarabağ küçəsidir. 900 metr uzunluğa malik küçə genişləndirmə işləri aparılmaqla əsaslı şəkildə təmir olunur. Hazırda küçədə asfaltlanma işləri icra olunur.
Ümumilikdə isə cari il ərzində ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmir olunması nəzərdə tutulurdu ki, artıq bu çərçivədə işlər tamamlanmaq üzrədir.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.



Hövsanda bu küçə təmir edildi
Bakının bu küçəsi təmir edildi
Bakıda daha bir küçə təmir edilir
Bakıda Neapol küçəsi yenidən quruldu
Sürücülərin DİQQƏTİNƏ - Bu yol...
Bu küçədə təmir işləri başa çatdı
Bakıda bu küçə də təmir edildi
Paytaxdın bu küçəsi simasını tamamilə dəyişdi - Fotolar
Daha bir küçədə təmir işləri yekunlaşdı
Xətaidə 2 əsas küçə təmir edilir
Sürücülərin DİQQƏTİNƏ- Bu yol bağlanacaq
Bakıda bu küçənin təmiri yekunlaşdı - Video
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 