Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara bank kartlarının məlumatlarını tanımadıqları şəxslərə verməməkləri ilə bağlı çağırış edib.
DİN-dən daxil olan çağırış mətnində bildirilib ki, bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur.
Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir.
"Vətəndaşlar Vatsap, Teleqram, Signal, Messencer üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır. “Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.
İyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünüən hər bir təklif yalandır



Onlayn dələduzları kart vəsaitlərini necə mənimsəyirlər?
Bank kartı sahiblərinin NƏZƏRİNƏ
Lalafoya elan yerləşdirənlərin diqqətinə
DİN-dən xəbərdarlıq: Bu vətəndaşın öhdəliyidir!
Bank kartı olanlara XƏBƏRDARLIQ
Mərkəzi Bank əhaliyə XƏBƏRDARLIQ ETDİ
Sizə edilən bu təkliflərə inanmayın! - Növbəti xəbərdarlıq
Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!
Alqı-satqı saytlarında FIRILDAQÇILIQ - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Bank kartları ilə bağlı - VACİB XƏBƏRDARLIQ
DİQQƏT: Bu bankın direktoru adından fırıldaq edilir
DİN-dən vətəndaşlara müraciət: Hamısı yalandır!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 