Rusiya “Toyota” şirkətinin rəhbəri və digər 12 yüksək vəzifəli yapon iş adamının ölkəyə girişini qadağan edib.
ONN media xəbər verir ki, Rusiya XİN-in dərc etdiyi siyahıda “Toyota”nın sədri Akio Toyota, “Rakuten”in rəhbəri Hiroşi Mikitani və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Akihiko Tanakanın da adı var.
Məhdudiyyət qoyulmasına səbəb Yaponiyanın Ukrayna böhranı məsələsində Rusiyanı “işğalçı” adlandırması və Tokionun sanksiyalarıdır.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi isə Rusiyanın bu qərarını qəbuledilməz adlandırıb:
“Bütün sanksiyalarımız Rusiyanın Ukraynaya müdaxiləsindən qaynaqlanır və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.
Qeyd edək ki, Yaponiya Ukrayna məsələsində Qərbin mövqeyini qəti şəkildə dəstəkləyib, Kiyevə maliyyə və maddi dəstək göstərib, rusiyalı şəxslərə və təşkilatlara sanksiya tətbiq edib.



Rusiya Yaponiyadan qisasını belə aldı
Yaponiya Rusiyaya nota göndərdi - Vəziyyət gərginləşir
Yaponiya Rusiya ilə razılığa gəlmək niyyətindədir
Avtomobil bazarının lideri açıqlandı
Yaponiya ilk hidrogen qatarını işə salacaq
Yaponiyadan Ukraynaya dəstək
Yaponiya Ukraynaya 100 milyonluq yardım göndərir
Yaponiya 15 ölkədən gələnlərə məhdudiyyət tətbiq etdi
Yaponiya Qarabağa görə HƏRƏKƏTƏ KEÇDİ
Ukraynadan Rusiya ilə bağlı QADAĞA
Ukrayna NATO-ya daxil olur?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 