Yaponiyanın ən böyük dəmir yolu şirkəti “East Japan Railway Co” mart ayında ölkədə hidrogenlə işləyən ilk qatarın sınaqlarına başlayacaq.
ONN media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın hidrogenlə işləyən ilk qatarının 2030-cu ildə kommersiya nəqliyyatı üçün istifadəyə verilməsi planlaşdırılır. 2 vaqonlu “Hybari” qatarı Yaponiyanın nəhəng Şərqi Yaponiya Dəmiryolu şirkətinin “Toyota Motor” və Yaponiyanın “Hitachi” konqlomeratının əməkdaşlığı ilə hazırlanıb. Qatar 4 milyard yen (35 milyon dollar) dəyərindədir və tək bir hidrogen çəni ilə saatda 100 kilometr sürətlə 140 kilometrə qədər yol qət edə bilir. Dəmiryolu şirkəti dizel parkını hidrogen qatarları ilə əvəz etməyi, həmçinin onları ixrac etməyi planlaşdırır.
Yaponiya daha əvvəl 2050-ci ilə qədər karbon neytral olmaq planlarını açıqlamışdı. Hidrogen təmiz enerji mənbəyi olduğu üçün bu məqsədə çatmaqda əsas elementə çevrilmişdi. Yaponiyanın avtomobil istehsalçısı “Toyota” şirkəti hidrogenlə işləyən “Mirai” avtomobillərinin istehsalını 10 dəfə artırmaq niyyətindədir, “Iwatani Corp” kimi enerji şirkəti və “Kawasaki Heavy Industries Ltd” hidrogenin qiymətini aşağı salmaq üçün onun logistikasını optimallaşdırmağa çalışır. Hökumət 2050-ci ilə qədər hidrogen istifadəsini 20 milyon tona çatdırmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, Almaniya hidrogen dəmir yolu nəqliyyatı sahəsində qabaqcıl ölkədir. 2018-ci ildə isə Fransanın “Alstom SA” şirkəti hidrogenlə işləyən ilk qatarı işə salmışdı. “Alstom”un rəqibləri İspaniyanın “CAF”, Almaniyanın “Siemens” və İsveçrənin “Stadler” şirkətləri də Avropa üçün yeni hidrogen qatarı modelləri hazırlayırlar.



Yaponiya bu ölkələr üçün 3 milyard ayırır
İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik etdi
Yaponiyanın baş naziri Əli Əsədova məktub ünvanlayıb
Yaponiyadan Ukraynaya dəstək
Avtomobil bazarının lideri açıqlandı
Yaponiyada zəlzələdən ölənlərin sayı açıqlandı
Yaponiyada güclü zəlzələ baş verdi
Yaponiya Ukraynaya 100 milyonluq yardım göndərir
Azərbaycan Prezidenti Yaponiyanın Baş nazirini təbrik etdi
Energetika naziri Yaponiyanın iqtisadiyyat naziri ilə görüşüb
Yaponiya Azərbaycan dostluğu güclənir
Yaponiya yenidən bunun üçün hərəkətə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 