Mağazası yanan sahibkar qadın "Ağ çiçəyim" gül mağazasının direktorundan təzminat tələb etdiyi üçün başından butulka ilə vurulub.
ONN media xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Belə ki, 15 may 2024-cü ildə Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" mağazasında güclü yanğın baş verib.
Hadisə zamanı ümumi sahəsi 590 kvadratmetr olan gül mağazası və ümumi sahəsi 50 kvadratmetr olan "By Seva" geyim mağazası da yanıb. "By Seva" geyim mağazasının sahibi Sevinc Səfərova "Ağ çiçəyim" şirkətlər qrupunun rəhbəri Ceyhun Əliyevdən ziyanı qismən aradan qaldırmaq üçün təzminat tələb edib.
O, Hacıdan yeganə gəlir yeri olan işinə davam etməyinə kömək göstərməsini xahiş edib. Ceyhun Əliyev sahibkar qadına 5 000 manat pulu verəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə bunu yubadıb. İyunun 4-də Sevinc Səfərova yenidən Ceyhun Əliyev və köməkçiləri ilə görüşüb. Sevinc Səfərova məhkəmədə iddia edib ki, həmin gün "Ağ çiçəyim"in Surə adlı əməkdaşı - "hacıdan niyə pul istəyirsən?" - deyərək əlindəki butulka ilə onun başına vurub.
Qadın polisə məlumat verərək, "Ağ çiçəyim"in sahibi tərəfindən döydürüldüyünü bildirib. Məhkəmə-tibbi ekspertizasında aparılan müayinə zamanı Sevinc Səfərovanın bədənində aşkar olunmuş xəsarətlərin - başın təpə nahiyəsinin qançır şişkinliyi, sol bazu və sağ əl nahiyələrinin qançırları bərk küt əşyanın (əşyalar) təsirindən zədə əmələ gəldiyi müəyyənləşib.
Təqsirləndirilən şəxs - 1970-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı Surə Əliyeva (soyad şərti) məhkəmədə özünü təqsirli bilməyərək bildirib ki, Sevinc Səfərovanı təhqir etməyib, vurmayıb və heç bir xəsarət yetirməyib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 400 manat cərimə edilib.



"Ağ Çiçəyim" gül mağazasında baş verən yanğının səbəbi nədir?
Güclü yanğınla bağlı daha bir məlumat
Biləsuvarda ərzaq mağazası yandı
Sevinc və Sevil bacılarının biznesi batdı
Bakıda güclü yanğın olub- Xəsarət alan var
Məktəb binasında yanğın olub
Cəlilabadda sex yanıb
155 obyekt sanitar-epidemioloji tələbləri pozdu
"Maşın bazarı"nda yanğın oldu- MAĞAZALAR KÜLƏ DÖNDÜ
Bakıda məsciddə yanğın olub
5 mindən çox cücə tələf oldu - Fermada yanğın
Bakıda restoranda GÜCLÜ YANĞIN
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 