Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb.
ONN media xəbər verir ki, yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Eyni zamanda, yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi olacağı ehtimal edilir.
Xəbər verdiyimiz kimi, Fevralı 25-də Azərbaycan Prezidenti İlham Əliyev problemli kreditlərlə məsələsinin vətəndaşlarının xeyirinə həll ediləcəyini açıqlamışdı.
"İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir. Azxeber.com



Problemli kreditlərlə bağlı hansı qərar verildi?
Prezidentdən əhaliyə ŞAD XƏBƏR: “Problemli kreditlər həll ediləcək”
Kredit güzəşti ilə bağlı XƏBƏR VAR
Bu şəxslərin banka borcu bağışlanacaq
“Muğanbank” bağlanır?
Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR
İlham Əliyev Problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb
Azərbaycanda daha bir şirkət ləğv olunur
Camaat "qara siyahı"lardan əziyyət çəkməyəcək"- NAZİR
Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər
Bakının bağlanan məşhur bazarı açılır
Samir Şərifovdan problemli kreditlərlə bağlı YENİ XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 