Gözlənildiyi kimi, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri “Şimal-Cənub” layihəsi oldu. İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında dedi ki, “Şimal-Cənub” layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir. İlham Əliyev bu mövzuda fikrini belə tamamladı ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hazırkı məqamda dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuldur. İlham Əliyev Azərbaycanın bu dəhlizlə ildə 15 milyon ton və daha çox yükün daşınması imkanlarından danışıb.
ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu mövzu Rusiya üçün də aktualdır:
“Ukrayna müharibəsi fonunda Rusiya Asiya bazarına məhz “Şimal-Cənub” dəhlizindən çıxmaq istəyir. Azərbaycan üzərinə düşəni edib. İran ərazisindəki dəmir yolunu modernləşdirilməli və Hindistanın gələcəkdə bu marşrutdan istifadəsi təmin olunmalıdır. Çünki Ermənistanın da adı “Şimal-Cənub” nəqliyyat dəhlizində çəkilir. Halbuki, Azərbaycandan fərqli olaraq, Ermənistan ərazisində yol infrastrukturu modernləşdirilməyib, layihələr reallaşdırılmayıb. Bakının üstünlüyü həm də ondan ibarətdir ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizində illərin sınağından keçmiş Azərbaycan ərazisindən istifadəyə üstünlük verir”



İlham Əliyev: Bu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək
Azərbaycan, Rusiya və İran arasında nə müzakirə olunacaq?
İrandan SON DƏQİQƏ Naxçıvan açıqlaması
İlham Əliyev Overçuku qəbul etdi - YENİLƏNDİ
“BTQ dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib” -Prezident
İlham Əliyev Putinlə görüşdü
Putinlə İlham Əliyev təkbətək görüşdü
Gündəmi zəbt edən foto- NƏYƏ İŞARƏDİR?
Zəngəzur dəhlizi ilə bağlı işlər başlayıb - Prezident ELAN ETDİ
İlham Əliyev Putinlə görüşünü anons etdi
İlham Əliyev Vladimir Putinlə görüşəcək
İlham Əliyev və Putin nəyi müzakirə edəcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 