Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib.
Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
ONN media-nın məlumatına görə, bu il tələbə adını qazananlar arasında işğaldan azad olunmuş ərazilərdə tikilən 5 məktəbin məzunları da var.
Belə ki, 2023-cü ildə fəaliyyətə başlayan Tərtər rayonu Talış kənd tam orta məktəbinin yeganə məzunu Alasova Səbinə Zahid qızı V qrup üzrə 76 bal toplayıb. O, kolleclərə ixtisas seçimində iştirak edib.
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdən isə bu il 8 nəfər məzun olub. Onlardan 5 nəfəri ali məktəbə sənəd verib, 4 nəfər tələbə adını qazanıb, 1 nəfər isə kolleclərə qəbul üçün sənədlərini təqdim edib.
Laçın şəhər 2 nömrəli tam orta məktəbdən bu il 4 nəfər, Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbindən 3 nəfər, Zəngilan rayon Ağalı kənd tam orta məktəbindən isə 3 nəfər məzun olub, hər məktəbdən 1 nəfər tələbə adını qazanıb.



Tələbə adını neçə nəfər qazandı? - Rekord
Azərbaycanda 15 yaşında uşaq tələbə oldu
42062 nəfər tələbə adı qazandı
Universitetə qəbul olanların DİQQƏTİNƏ!
Daha 981 nəfər tələbə olma sevincini yaşadı
Ali məktəblərə qəbul imtahanının nəticəsi açıqlandı
Təhsil naziri tələbələri TƏBRİK ETDİ
DİQQƏT- Nəticələr açıqlandı
Bu məktəbin iki sinfinin bütün məzunları ali məktəbə qəbul olub
Kollec məzunları universitetə imtahansız necə qəbul olunacaq? - DİM-dən şərh
54 yaşında tələbə adını qazandı, amma..
DİQQƏT- Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 