Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək. Müsahibəyə gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin, ona əlavənin əslini (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamənin, cari ilin məzunları ali və ya orta ixtisas təhsili müəssisəsini bitirdiyini təsdiq edən arayışın əslini) gətirmələri tələb olunur.
Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə bu tarixdə keçiriləcək



Müəllimlərin müsahibə mərhələsinin vaxtı açıqlandı
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllim olmaq istəyənlərin diqqətinə
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ
Diqqət- Nəticələr açıqlandı
İş arzusunda olan müəllimlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub
MİQ üzrə müsahibə mərhələsinin nəticələri bəlli oldu
Xüsusi təhsil müəssisələrində işləmək istəyənlərin NƏZƏRİNƏ
MİQ ilə bağlı daha bir məlumat
DİQQƏT- Apelyasiya nəticələri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 