Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı çıxış edəcək.
ONN media xəbər verir ki, paraüzgüçü Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə sərbəst üsulla üzməkdə uğur qazanmağa çalışacaq.
Bu kateqoriyanın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final yarışları isə 19:30-da keçiriləcək.
Paraatıcılar Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayacaqlar. Bu yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final isə 14:15-də baş tutacaq.
Parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) Bakı vaxtı ilə saat 20:35-dən etibarən mübarizəyə qoşulacaq.
Paraatlet Rüfət Rəfiyev (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 21:08-də başlayacaq.
Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası, uzunluğa tullanma), Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat sahib çıxıblar.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 8-də yekunlaşacaq.



Paris-2024: bu gün 4 idmançımız mübarizəyə qoşulur
Paris-2024: Lamiyə Vəliyeva finalda!
Tokio-2020: İlham Zəkiyev mübarizəyə başlayır
İdmançımız finala yüksəldi
Təmsilçimiz finala yüksəldi
Paris 2024: Bu idmançılarımız mübarizəyə başlayır
Paris-2024: Mariya Stadnik ilk görüşünə çıxacaq
Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
"Paris 2024"- İmaməddin finalda!
Azərbaycan Tokioda bir gündə üçüncü qızıl medalı qazandı
Azərbaycan para-atleti 4-cü dəfə dünya çempionu olub
Azərbaycan Paralimpiya Oyunlarında 32-ci yerdədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 