Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində Daxili İşlər Nazirliyi, o cümlədən Dövlət Yol Polisi ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirib:
"Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır.
BDYPİ avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır"



DYP sürücülərə xəbərdarlıq edib
DYP-dən qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə MÜRACİƏT
Yol polisi sürücülərə müraciət etdi
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT ETDİ
DYP sürücülərə müraciət etdi
DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
Maşının arxa şüşəsinə foto və şüar vuranlara XƏBƏRDARLIQ
Yol polisindən BU ŞƏXSLƏRƏ XƏBƏRDARLIQ: Cəzalandırılacaqlar
DYP sürücülərə müraciət etdi
Nazirlikdən sürücülərə VACİB MÜRACİƏT
BDYPİ sürücülərə çağırış etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 