Məlum olduğu kimi, şagirdlərin məktəbdə vahid məktəbli forması var, ancaq müəllimlər üçün bu cür formalar nəzərdə tutulmayıb. Zaman-zaman müəllimlərin də belə geyimlərlə məktəbə gəlməsi ilə bağlı fikirlər səsləndirilib. Bəs görəsən, müəllimlər üçün vahid geyim forması tətbiq oluna bilər?
ONN media xəbər verir ki, VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Unikal-a açıqlamasında müəllimlər üçün vahid geyim formasının tətbiq olunmasına ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, bu məsələdə reallığı nəzərə almalıyıq:
"Məktəbli forması aydındır, amma müəllimlərin məktəbə səliqəli formada gəlməsini təmin etməliyik. Müəllim hər şeydən əvvəl nümunədir və buna əsasən şagird formalaşır. Əgər müəllim özü nümunəvi paltar geyinməyəcəksə, nümunəvi davranmayacaqsa, bu özünü şagirdə də göstərəcək. Elə addım atmalıyıq ki, proses bu formada tənzimlənsin. Bizim müəllimlərin mütləq əksəriyyəti normal, səliqəli geyinir. Buna nəzarət olunmalıdır. Bəzi müəllimlərin bu qaydalara, etik çərçivələrə əməl etmədiyini görürük. Amma müəllimlərin əksəriyyəti buna əməl edir".
C.Məmmədov qeyd edib ki, müəllimlərin uniformaya keçidi məsələsi və bunun tətbiqi prosesi qəlizləşdirə bilər: "Bu, prosesə müsbət heç nə verməyəcək. Ona görə də bu məqamı nəzərə almalıyıq. Biz müəllim üçün şərait yaratmalıyıq, onların rahat olması üçün çalışmalıyıq. Dünyanın əksər yerlərində belədir. Sovet dövründə də şagirdlər üçün vahid geyim forması tətbiq olunub, amma müəllimlərə tətbiq edilməyib".



Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?
Nazirlik vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirdi
Məktəblərdə vahid geyim formaları tətbiq ediləcək
Məktəbli formaları nə vaxt satışa çıxarılacaq?
Məktəbli formaları dəyişir
Naxçıvandakı şagirdlərin məktəbli forması ilə bağlı qərar
Müəllimlər niyə məktəbə çağırılır?
Məktəbli forması ilə bağlı daha bir açıqlama
Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Məktəbli formaları ilə bağlı narazılığa rəsmi reaksiya
Məktəbli formalarına niyə alıcı tapılmır?
Çevik polis alayının forması dəyişdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 