2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək. ONN media xəbər verir ki, bunu Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib. Onu sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ölkənin bütün ümumi təhsil müəssissələrində vahid məktəbli geyim forması tətbiq oluna bilməyəcək: “Bu il məktəbli forması əvvəlki illərdəki kimi davam edəcək. Çünki bunun üçün çox ciddi hazırlıq işləri aparılır. Artıq Bakı Tikiş Evinə məktubla müraciət olunub. Hazırda müxtəlif eskiz formaları hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi Qrupu yaradılıb. Nazir Ceyhun Bayramov bu məsələyə özü nəzarət edir. Nazirlikdə müvafiq şöbələrin əməkdaşları bu İşçi Qrupuna cəlb olunub. Məqsəd budur ki, işlər vaxtında çatdırılsın. Təhsil Nazirliyinin İşçi Qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş şəkildə müzakirə olunacaq, daha sonra ictimai rəy öyrəniləcək. Tam qərara gəlindikdən sonra həmin vahid məktəbli forması 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq”. Ə.Adıgözəlov bildirib ki, hazırda ölkə üzrə 1 milyon 400 minə yaxın şagird var. Vahid məktəbli formasında ibtidai siniflə yuxarı sinif şagirdlərinin geyim forması fərqlənəcək: “İbtidai siniflə yuxarı sinifləri eyniləşdirmək olmaz, burada yaş xüsusiyyəti var. Bu yaş xüsusiyyəti nəzərə alınmalıdır. Bu məsələ də hazırda müzakirədədir. Bildiyiniz kimi, dərs ili 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır. Yəni sentyabrda da müəyyən qədər isti hava olur, eyni zamanda may ayının əvvəlindən də artıq hava isinir. Bu səbəbdən geyim forması hazırlanarkən fəsillər də nəzərə alınacaq”. Baş məsləhətçi geyim formalarının bölgələrə necə çatdırılacağına da aydınlıq gətirib. O bildirib ki, Bakı Tikif Evi məktəbli formalarını bütün ölkə üçün hazırlayacaq: “Yəqin ki, Bakı Tikiş Evinin yerlərdə satış məntəqələri olacaq. Çünki bölgələrdəki valideynlərə demək olmaz ki, gəlib Bakıdan forma alıb aparsın. Hələlik bu məsələ müzakirə olunmayıb, ancaq çox güman ki, yerlərdə satış məntəqələri olacaq”. Ə. Adıgözəlov qeyd edib ki, vahid məktəbli forması yalnız dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaq: "Liseylər də bu və ya fərqli formanı tətbiq edə bilərlər". Məktəbli formasının qiymətini Bakı Tikiş Evi müəyyənləşdirəcək: "Təbii ki, burada əhalinin alıcılıq qabiliyyəti nəzərə alınacaq. Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılacaq”.
Nazirlik vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirdi



Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?
Məktəbli formaları dəyişir
Məktəbli formalarının tikilişinə başlanılıb
Məktəbli formaları nə vaxt satışa çıxarılacaq?
Məktəbli forması ilə bağlı daha bir açıqlama
Məktəbli formaları ilə bağlı direktorlara tapşırıq verildi
Məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
Naxçıvandakı şagirdlərin məktəbli forması ilə bağlı qərar
Məktəbli formaları ilə bağlı narazılığa rəsmi reaksiya
Müəllimlər üçün vahid geyim forması tətbiq oluna bilər?
Azərbaycanda yeni məktəbli formaları tətbiq olunacaq - Təkliflərə baxılır
Məktəblilər bu il yeni forma geyinəcəklər? - Açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 