"Mən həmişə xalqın dəstəyinə arxalanmışam, mənə güc verən xalqın mənə olan inamıdır". ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunun sakinləri ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Mən Beyləqana altıncı dəfədir ki, gəlirəm və hər bir səfərdə gözəl açılışlar, gözəl tədbirlər olur. Bu gün də belədir. Misal üçün bu gün böyük idman mərkəzinin açılışını etdik. Burada idmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaşdırma bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub". İlham Əliyev bildirib ki, Dünyamalılar kəndində yeni məktəb binası tikiləcək: "Mən artıq bunu dedim, bir daha demək istəyirəm, Dünyamalılar kəndində yeni məktəb tikiləcək, çünki həmin məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq". Prezident deyib ki, Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur: "Ulu Öndərin vaxtında burada çox bol pambıq yığılırdı, yavaş-yavaş o hədəfə yaxınlaşırıq. Keçən il təqribən 22 min ton pambıq tədarük edilmişdir. Ancaq əlbəttə ki, biz o səviyyəyə çatmamışıq, tədricən buna da, İnşallah, çatarıq. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar". Dövlət başçısı həmişə xalqın dəstəyinə arxalandığını bildirib: "Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır".
İlham Əliyev: Mənə güc verən xalqın mənə olan inamıdır



İlham Əliyevdən vətəndaşlara ŞAD XƏBƏR: Bu il...
Məktəb tikintisinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir - Prezident
İndi agentliyə tapşırıq verəcəyəm ki...- İlham Əliyev
Qubadlı rayonunun əhalisinin sayı açıqlandı
İlham Əliyev: “31 xalça fabrikinin yaradılması nəzərdə tutulur”
Prezident: "Azərbaycanda hər bir yeni doğulan uşaq üçün gələcəkdə iş yeri olmalıdır"
"Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq"
İlham Əliyev Suqovuşana və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
Gürcü nazir müavini İlham Əliyevə buna görə təşəkkür etdi
Prezident Tərtər və Bərdə rayonlarında səfər etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 