Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı rayon sakinləri ilə görüşü zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: "Əziz dostlar, sizi salamlayıram. Şamaxıda baş vermiş zəlzələ nəticəsində dağılmış bütün evlər yenidən tikiləcək, bərpa ediləcək. Bilirsiniz ki, zəlzələdən dərhal sonra mən Şamaxıya gəldim, vəziyyətlə tanış oldum. Dərhal göstəriş verdim ki, evlər qısa müddət ərzində bərpa edilsin, tikilsin. Bu gün artıq biz ilk evlərin, o cümlədən Saray nənənin evinin açılışını etdik. Bir neçə başqa ev də tikilib. İndi çoxmənzilli yeni binanın təməli qoyulacaqdır". İlham Əliyev bildirib ki, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında minlərlə ev tikiləcək və yenidən bərpa ediləcək: "Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcəkdir. Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır". İlham Əliyev vurğulayıb ki, vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq: "Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq".
"Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq"



Prezident: “Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik"
Biz xalq üçün yaşayırıq- İlham Əliyev
İlham Əliyev Ağsuda - FOTO
Zərər çəkmiş evlər boşaldılmağa başlanıldı - FOTO
Ağdam-Xankəndi-Şuşa avtomobil yolu... - Prezident AÇIQLADI
Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da... - VİDEO
İcra başçısı: Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb - FOTO
Ölkə başçısı: Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir
İlham Əliyev: “Suverenliyimizi bərpa edəndə Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var idi”
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
İlham Əliyev zəlzələ zonasında
Prezidentdən göstəriş- Elə etməliyik ki...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 