Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcbüri köçkünlərlə görüşdə deyib. Dövlət başçısı bildirib: "Pirallahı rayonunda məcburi köçkünlər üçün gözəl evlər istifadəyə verilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl hadisədir. Keyfiyyətli tikilib. Bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir. Son illərdə böyük işlər görülüb, həm Bakı şəhərində, həm də bütün bölgələrdə. Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür. Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm".
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...



Ölkə başçısı: Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir
İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
İlham Əliyev və xanımı açılışda
30 köçkün ailəsi birinci Qarabağ müharibəsində dağılan evlərinə qayıtdı
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
Məcburi köçkün ailələrinə ev verildi
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Sahibkarlardan Prezidentin köçkünlərlə bağlı çağırışına - Cavab
Məcburi köçkünlərə yeni mənzillər verildi
Prezident və xanımı yeni kompleksin açılışında
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 