Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən ONN media -ya verilən məlumata görə, görüşdə Şamil Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib. Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz növbəsində, parlamentlərarası dostluq qruplarının töhfə verəcəklərini söyləyən Türkiyə millət vəkili, bu xüsusda dostluq qrupları arasında səfər mübadilələrinin və təmasların artırılmasının əhəmiyyətini qeyd edib. E.Məmmədyarov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi və parlamentarilər arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdşlığın önəmini bildirib. Tərəflər qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Türkiyə millət vəkilləri ilə görüşdü



İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
Prezident Şamil Ayrımla görüşdü
Tahir Budaqov Şamil Ayrımla görüşdü
Prezident Şamil Ayrımı qəbul etdi
İlham Əliyev Şentopla görüşdü
Şamil Ayrımın son durumu necədir?
İlham Əliyev türkiyəli millət vəkili ilə görüşdü
Ceyhun Bayramov Şentopla görüşdü
Ərdoğan azərbaycanlı deputatlarla görüşdü
Binəli Yıldırım Milli Məclisdə - Foto
İlham Əliyev sərəncam imzaladı
Ərdoğan İlham Əliyevi təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 