Azərbaycan nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) Xocalı soyqırımı ilə bağlı məsələ qaldıracaq. ONN media "Olaylar" -a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili məlumat verib. Deputat bildirib ki, fevralın 22-də ATƏT regionunda həlli uzadılmış konfliktlərin müzakirəsi olacaq: "Bu məqsədlə xüsusi debat nəzərdə tutulub. Azərbaycan nümayəndə heyəti də bu debata aktiv qatılmağı planlaşdırır və konfliktlərin həlli üçün ədalətli mexanizmlərdən istifadənin vacibliyini irəli sürəcək. İkigərəfli görüşlərdə və çıxışlarda da Xocalı soyqırımı və münaqişə haqda yeni reallıqlarla b ağlı məlumatlandırma və ədalət tələbetmə xəttini davam etdirməyi düşünürük". Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildirlər. Qurumun qış sessiyası çərçivəsində keçiriləcək komitə iclaslarında "Uzun sürən münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri", "ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində effektiv idarəetmə", "Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri" və digər mövzularda fikir mübadiləsi aparılacaq.
ATƏT-də Xocalı məsələsi qaldırılacaq



Sahibə Qafarova Pakistana gedir
Azərbaycanlı deputatlar İtaliyaya getdi
Azay Quliyev yenidən sədr seçildi
Azərbaycanlı deputatlar sabah İrəvana gedir
ATƏT PA-dan ermənilərə ŞOK
Sahibə Qafarova İtaliyaya səfərə gedir (YENİLƏNDİ)
Deputatların xarici səfərləri ləğv olundu
YAP və AKP əməkdaşlığa dair niyyət protokolu imzaladı
Sahibə Qafarova Türkiyəyə gedir
AKP-nin nümayəndə heyəti Azərbaycana gələcək
Sahibə Qafarova Avstriyada rəsmi səfərdədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 