Berlində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası çərçivəsində qurumun iqtisadiyyat, elm, texnologiyalar və ətraf mühit məsələləri komitəsinin iclası keçirilir.
ONN media xəbər verir ki, iclasda “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” qətnamə layihəsi müzakirə olunur. Layihənin müəllifi Gürcüstandan olan məruzəçi Sofio Katsaravadır.
Ermənistan nümayəndə heyəti məcburi köçkünlərin və münaqişə zonalarında yaşayan şəxslərin bərabər hüquqlarla təmin edilməsini, habelə münaqişə zonalarında yaşayan şəxslərin probleminin ATƏT-in gündəliyinə daxil edilməsini nəzərdə tutan düzəliş təqdim edib.
Görünür, bu düzəliş Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının aqibətinin bərabərləşdirilməsinə, habelə Yaxın Şərqdən gəlib işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşan erməni miqrantlarına siyasi status verilməsinə hesablanıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə qeyd edib ki, ATƏT-in siyasi təqvimində “münaqişə zonalarında yaşayan şəxslər” məfhumu yoxdur və deməli, Ermənistan tərəfinin düzəlişi bu qətnamənin mahiyyətinə və ruhuna ziddir.
Azərbaycandan olan deputatın etirazı ATƏT PA üzvləri tərəfindən anlayışla qarşılanıb və bu da səsvermənin gedişinə təsir göstərib.
Ermənistan nümayəndə heyətinin düzəlişi səs çoxluğu (22 səs əleyhinə, 2 səs lehinə) ilə rədd edilib.



ATƏT-də Xocalı məsələsi qaldırılacaq
ATƏT PA-nın yay və payız sessiyaları təxirə salındı
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Türkiyə: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Lavrov Qarabağdakı vəziyyəti müzakirə edəcək
Deputatlarımız erməniləri darmadağın etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 