Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 26 il əvvəl Xocalıda üzləşdiyi qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir və bu kədəri paylaşırıq.
ONN media məlumat verir ki, bu barədə Türkiyə XİN-nin Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir.
“Bu qətliamı və Azərbaycan torpaqlarının illərlə davam edən işğalını şiddətlə qınayırıq”, - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikasının silahlı bölmələri tərəfindən 1992-ci il fevralın 26-da Yuxarı Qarabağın Xocalı şəhərinə edilən hücumda qadın və uşaqlar da daxil olmaqla, yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və yaralanıb, mindən çox insan əsir götürülüb:
“İtkin düşənlərin aqibəti bu günə kimi öyrənilməyib. Dinc sakinlərə qarşı edilən bu insanlıqdan kənar hücum bütün dünya ictimaiyyətinin yaddaşına həkk olunub və vicdanlarda dərin yaralar açıb. Bu gün hələ də Azərbaycan torpaqlarının beşdə biri işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz vətənində qaçqın vəziyyətində yaşayır”.
Türkiyə XİN Xocalı faciəsində həyatını itirənlərə rəhmət diləyib, başsağlığı verib.



Türkiyə parlamentinin komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
XİN və Baş Prokurorluq Xocalı faciəsilə bağlı bəyanat yaydı
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Xocalı qurbanlarının xatirəsi Şuşada anıldı
Xocalı soyqırımından 30 il ÖTÜR
Paraqvaydan Azərbaycana jest: Xocalı soyqırımını tanıdı
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Xocalı soyqrımından 27 il ötür
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı - Sərəncam
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 