Cəlilabad rayonunda “Green Store” marketinin əməkdaşları zəhərlənib.
Məlumata görə, kütləvi zəhərlənmə kimyəvi məhluldan olu.
ONN media bildirir ki, Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, ötən gün saat 17:00 radələrində 15 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib:
“Onlardan üçünün vəziyyəti orta-ağır olub. Digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Həmin üç nəfərin sonuncusu isə bu səhər artıq evə yazılıb. İlkin ehtimala görə, zəhərlənməyə səbəb təmizlik zamanı istifadə edilən kimyəvi maddə olub. Qeyd edək ki, müraciət edənlərin hamısı hadisə baş verən marketin əməkdaşlarıdır”.
Cəlilabad Rayon Prokurorluğundan bildirilib ki, fevralın 28-də şəhər ərazisində yerləşən “Green store” mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.
Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının videogörüntüləri götürülüb.



Şamaxıda kütləvi zəhərlənmə baş verib
Marketin 15 əməkdaşı kimyəvi maddədən zəhərləndi - Azərbaycanda
Məşhur ticarət mərkəzində kütləvi zəhərlənmə
İsmayıllıda kütləvi zəhərlənmə: Mütəxəssislər hadisə yerində
Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı
Bakıda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: vəziyyəti ağır olanlar var (YENİLƏNDİ)
Şəkidə toya gedən 21 nəfər xəstəxanalıq oldu
Azərbaycanda toyda 11 nəfər zəhərləndi
Prezident İlham Əliyev Saatlıdakı zəhərlənmə hadisəsini nəzarətə götürdü
Bayram günlərində 142 nəfər zəhərləndi, onlardan biri öldü
Tərtərdə daha bir şəxs minaya düşdü
Azərbaycanda iftarda 10 nəfər zəhərləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 