Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq.
ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, səhiyyə sahəsində çox ciddi islahatlar aparılır: "Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək".
İlham Əliyev qeyd edib ki, bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər: "Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur".



Ölkə başçısı islahat aparılacaq növbəti sahənin adını çəkdi - Çox ciddi dönüş yaranacaq
Prezident: “Bu sahədə islahatlara çox ciddi ehtiyac var”
Prezidentdən əhaliyə ŞAD XƏBƏR: “Problemli kreditlər həll ediləcək”
Prezidentdən yeni inqilabi islahat anonsu
Tibbi sığorta başlandı: SON VƏZİYYƏT
Prezidentdən maska çatışmazlığı barədə SƏRT SÖZLƏR
Almaniya səhiyyə sahəsində Azərbaycanla təcrübəsini bölüşə bilər
Həkimlərə şad xəbər- Maaşlar...
İlham Əliyevdən ciddi tapşırıq
İlham Əliyev: İcbari tibbi sığorta sisteminin üstünlüklərini görürük
Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin səhiyyə nazirlərinin toplantısını keçirəcək
Gələn ildən ölkədə İcbari Tibbi Sığortaya keçiləcək - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 