Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən ravvin M.Şnayer Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib. Eyni zamanda, Azərbaycana səfər çərçivəsində müxtəlif dini icmaları ziyarət etdiklərini və onlar üçün yaradılmış şəraitlə yerindəcə tanış olduqlarını vurğulayan qonaqlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı aparılmış fikir mübadiləsini yüksək qiymətləndiriblər. Nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ-da fəaliyyət fəaliyyət göstərən yevangelik təşkilatlarının nümayəndələri Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyinin və müxtəlif dini icmaların nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının şahidi olduğunu qeyd ediblər. Bu xüsusda, qonaqlar Azərbaycanın nümunəvi dövlət olduğunu xüsusilə vurğulayıblar. Öz növbəsində, səmimi sözlərə təşəkkürünü bildirən nazir E.Məmmədyarov bunun dövlət siyasəti və Azərbaycan xalqının əsrlər boyunca yaşatdığı bir ənənə olduğunu bildirib. Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verən nazir E.Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qonaqların diqqətinə çatdırıb. E.Məmmədyarov bölgənin dayanıqlı inkişafı və rifahı baxımından münaqişənin həllinin vacibliyini qeyd edib. Görüş zamanı, həmçinin tərəflər Azərbaycan-ABŞ münasibətlərini və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Elmar Məmmədyarov Markl Şnayerlə görüşdü



Nazir Türkiyə millət vəkilləri ilə görüşdü
İlham Əliyev Şnayeri qəbul etdi
Nazir Opermanla görüşdü
Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib
Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı
Nazir Buriçə Qarabağla bağlı aparılan prosesdən danışdı
Küveytdən Qarabağ məsələsində Azərbaycana DƏSTƏK
Elmar Məmmədyarov Toqonun xarici işlər nazirini qəbul edib
Prezident Şnayeri qəbul etdi
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir- XİN
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 