Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə səfəri çərçivəsində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən ONN media -ya verilən məlumata görə, görüş zamanı Tomas Opperman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və dövlət başçısı ilə maraqlı müzakirələrin aparıldığını qeyd edib. Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlərdən danışaraq, siyasi, iqtisadi, mədəni və s. sahələrdə mövcud olan əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirilmiş son görüşlərlə bağlı, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş son qanlı təxribat əməlləri haqqında həmsöhbətini geniş məlumatlandırıb. Bölgədə sülh, təhlükəsizlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq tanınmış sərhədlərə hörmət edilməsinin və işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Öz növbəsində, Tomas Opperman bölgədə rifah və tərəqqinin vacibliyini qeyd edərək vəziyyəti gərginləşdirəcək bəyanat və əməllərin gərəksiz olduğunu bildirib. Daha sonra tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.
Nazir Opermanla görüşdü



Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşdü
Nazir Türkiyə millət vəkilləri ilə görüşdü
Nazir: Qarabağın erməni və azərbaycanlı icmaları dialoqa başlamalıdır
Elmar Məmmədyarov Həsən Ruhani ilə görüşdü
Məmmədyarov yeni səfirlə görüşdü
Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşüb
Məmmədyarov çilili həmkarı ilə görüşdü
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov Markl Şnayerlə görüşdü
Nazir Buriçə Qarabağla bağlı aparılan prosesdən danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 