ONN İnformasiya Agentliyi

"Paşinyanın hərəkətləri erməni xalqına yaxşı heçnə vəd etmir"

"Paşinyanın hərəkətləri erməni xalqına yaxşı heçnə vəd etmir"
7-03-2019, 18:27

"Paşinyanın son dövrlərdə verdiyi bəyanatlara gəldikdə açığı məndə belə bir təəsürat yaranıb ki, bu adam sülh prosesinə məsuliyyətlə  yanaşmır  və nə istədiyinin, nə danışdığının  fərqinə varmır". ONN media xəbər verir ki, bunu “Ölkə.Az”-a  açıqlamasında millət vəkili Azay Quliyev deyib. Onun sözlərinə görə, Paşinyan son bəyanatlarında gah danışıqların formatını dəyişməyə, separatçıları masa ətrafında oturtmağa cəhd edir, gah da xarici işlər naizirini  görüşə göndərir, cənab  prezident İlaham Əliyevi görən kimi, ona yaxınlaşaraq müzakirələrə hazır olduğunu bildirir: “Paşinyanın hərəkət və davranışlarından belə bir nəticəyə gəlmək olur ki, ya o daxili ictimai rəydən və rəqiblərindən ehtiyat edərək rəsmi danışıqlardan fərqli mövqe sərgiləyərək və pafoslu danışmaq məcburiyyətindədir, ya da bu adam sadəcə səmimi deyil. Qeyd etdiyim kimi, yaxud da məsələnin ciddiyətini və məsuliyyətini tam anlamır. Hər iki hal Ermənistan üçün təhlükəlidir və erməni xalqına yaxşı heç nə vəd etmir”.

Millət vəkili əlavə edib ki,  “divar qurtarandan” sonra Paşinyan və onun komandası nə edəcək? “O zaman Paşinyan və komandası konkret və dəqiq mövqe sərgiləmək və sərgilədiyi mövqeyin nəticələrinə qatlanmaq zorunda qalacaq. Bu baxımdan Paşinyanın vaxtı getdikcə daralır”, - deyə A.Quliyev bildirib. A.Quliyev hesab edir ki, ATƏT MQ həmsədrləri Ermənistan rəhbərliyinin son dövrlərdə danışıqlar prosesinin pozuculuğu istiqamətindəki hərəkəti ilə bağlı İrəvandan aydın mövqe tələb etməlidir. “Ya onlar danışıqlarda səmimiyyət göstərib, konstruktiv mövqe nümayiş etdirib, nəticəli danışıqlara başlamalıdır, ya da ki,  bu cür oyunbazlıqla məşğul olmamalıdırlar.  Ümid edirəm ki, yaxın günlərdə və ya  aylarda Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı mövqeyinə və siyasətinə tam aydınlıq gətiriləcək və biz də buna uyğun olaraq atacağımız sonrakı addımları gözdən keçirəcəyik” - deyə A. Quliyev qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png