Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi göstərir ki, o, heç də sələflərinin mövqeyindən fərqli bir mövqe ortaya qoya bilməyib.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, xüsusilə N.Paşinyan Moskvada erməni iş adamları ilə görüşərkən “Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görürəm” bəyanatı verməklə əslində hakimiyyətdən devirdiyi Serj Sarkisyanın siyasətini təkrarlayır.
Millət vəkili vurğulayıb ki, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamaları beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və danışıqlar prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər:
“Bilirsiniz ki, BMT Baş Assambleyasının qarşıdakı sessiyasında hər iki dövlətin xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur, eyni zamanda ATƏT-in baş katibinin Azərbaycana səfəri gözlənilir. Bütün bu reallıqlar fonunda Paşinyanın bu qədər qeyri-konstruktiv, məsuliyyətsiz davranışı və bəyanatı heç şübhəsiz ki, danışıqlar prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər və bundan sonra hadisələrin inkişaf istiqamətlərinə görə məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşəcək”.



Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın roluna xüsusi ümidlər bəsləyirik - Nazir
15 il öncə Qarabağı Azərbaycan ərazisi kimi tanımışıq- PAŞİNYAN
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."
Azərbaycanın Qüdslə bağlı mövqeyi müstəqil xarici siyasətin ifadəsidir- ELMAN NƏSİROV
Paşinyana qarşı ŞOK ADDIM
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri görüşəcək - RƏSMİ
Azərbaycan XİN-dən Paşinyana CAVAB
"Qarabağ üçün son görüşdə İrəvanı razı salan məqam"
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 