Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin birinci mərhələsi çərçivəsində kompressor stansiyalarının tikintisinin 95,25 faizi başa çatıb.
ONN media xəbər verir ki, bu barədə TANAP-ın kompressor stansiyalarının tikintisi üzrə podratçısı olan Türkiyənin "Tekfen" şirkətindən bildiriblər.
Məlumata görə, TANAP kompressor stansiyalarının tikintisi çərçivəsində ümumi işlərin isə 98,6 faizi başa çatıb:
"Mexaniki işlərin aprelin 30-dək başa çatdırılması planlaşdırılır. Kompressor stansiyalarının oktyabrın 31-dək istifadəyə verilməsi nəzərdə tutulur".
Azərbaycandakı fəaliyyətə gəldikdə isə şirkətdən bildiriblər ki, "Tekfen" hazırda Vergilər Nazirliyi üçün binanın tikintisi ilə məşğuldur.
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək. Trend



TANAP-ın ötürücülük qabiliyyətinin artırılması planları açıqlanıb
TANAP-ın tikintisi bu tarixdə yekunlaşacaq - Açıqlama
TANAP vasitəsilə sınaq qaz tədarükü başlayıb
Əliyev və Ərdoğan TANAP-ı işə salacaq
Aİ Azərbaycandan qaz tədarükündə maraqlı ola bilər - Avropa Komissiyası
TANAP yayda hazır vəziyyətə gətiriləcək
TAP layihəsinin 90,7 faizi reallaşdırıldı
Türkiyə və Azərbaycan arasında dostluq GÜCLƏNİR
Ərdoğan: TANAP-ın yekunlaşması çox mühüm hadisədir
TANAP layihəsinin açılış mərasimi keçirilir
Azərbaycan qazını Avropaya daşıyacaq kəmərlə bağlı YENİ XƏBƏR
TANAP nəvaxt istifadəyə veriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 