Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilkin mərhələdə 16 milyard kubmetr olacaq daşıma qabiliyyətinin sonrakı illərdə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, TANAP-ın ötürücülük qabiliyyəti əlavə kompressor stansiyalarının tikintisi hesabına ildə 24 milyard kubmetr qaza qədər genişləndirilə bilər: “Kəmərin daşıma qabiliyyətini 31 milyard kubmetrə yüksəldikdə, kompressor stansiyalarının sayı 7-yə yüksələcək”.
Onun sözlərinə görə, TANAP istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə çatıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürülür. Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 milyard kubmetrə çatdırılacaq.



TANAP kompressor stansiyaları ilə bağlı son vəziyyət necədir?
Əliyev və Ərdoğan TANAP-ı işə salacaq
TANAP vasitəsilə sınaq qaz tədarükü başlayıb
TANAP yayda hazır vəziyyətə gətiriləcək
TANAP-ın tikintisi bu tarixdə yekunlaşacaq - Açıqlama
TANAP üzrə ilk təbii qaz satışının vaxtı AÇIQLANDI
TAP layihəsinin 90,7 faizi reallaşdırıldı
Bu il boru kəməri ilə 2 mlrd. kubmetr qaz göndəriləcək
TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü
Azərbaycan və Türkiyədən VACİB QƏRAR: bu müqavilənin müddəti UZADILDI
Berat Albayrak: TANAP yüzilliyin ən mühüm layihəsidir
Sabah Türkiyədə TANAP-ın açılış mərasimi keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 