Avropa İttifaqı (Aİ) Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükündə maraqlı ola bilər. ONN media Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildiriblər. Qeyd olunub ki, Aİ-nin enerji şaxələndirilməsi siyasəti təkcə yeni qaz mənbələrinə deyil, həm də yeni tədarük marşrutlarına yönəlib: "Tədarükün təhlükəsizliyi ilə bağlı siyasəti çərçivəsində Aİ Xəzər dənizindən - Azərbaycanın hələ işlənməmiş yataqlarından və Türkmənistandan qaz tədarüklərində maraqlı ola bilər". Bu baxımdan Avropa Komissiyasında "Cənub Qaz Dəhlizi"nin enerji ehtiyatları tədarükünün şaxələndirilməsi üçün vacibliyini vurğulayıblar: "Layihənin reallaşdırılması başa çatdıqdan sonra Aİ "Şahdəniz-2" yatağından 10 milyard kubmetr qaz əldə edəcək. "Cənub Qaz Dəhlizi"nin buraxılış qabiliyyəti daha güclü kompressor stansiyaları sayəsində artırıla bilər". Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Cənub Qaz Dəhlizinə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.
Aİ Azərbaycandan qaz tədarükündə maraqlı ola bilər - Avropa Komissiyası



"Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələdədir- Nazir
Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib
Energetika Nazirliyində növbəti görüş keçirilib
TANAP-ın ötürücülük qabiliyyətinin artırılması planları açıqlanıb
Azərbaycan prezidenti Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
“Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir”- İlham Əliyev
Türkiyə və Azərbaycan arasında dostluq GÜCLƏNİR
Prezident:"Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq"
Energetika naziri ABŞ nümayəndə heyət ilə görüşüb
Berat Albayrak: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir
Trampdan göstəriş: "Cənub Qaz Dəhlizi"...
İlham Əliyev: Azərbaycanla Avropa İttifaqı arasında fəal dialoq mövcuddur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 