Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Səfərdə məqsəd iki ölkə arasında işgüzar əlaqələrin genişləndiriməsi və vergi xidmətləri arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək olub. Nazirlikdən ONN media -ya verilən məlumata görə, səfər çərçivəsində vergilər naziri Mikayıl Cabbarov Yaponiya Milli Vergi Agentliyinin rəhbəri Takeşi Fuji ilə görüşüb. Yaponiya Vergi Adiminstrasiyasında keçirilən görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Yaponiyanın vergi xidmətində tətbiq edilən yeni innovativ həllər, rəqəmsal texnologiyalar sahəsində müasir inzibatçılıq alətləri barədə fikir mübadiləsi aparılıb. Yaponiyada rəqəmsal texnologiyaların tətbiqi təcrübəsinin Azərbaycan üçün maraq kəsb etdiyini bildirən vergilər naziri Mikayıl Cabbarov bu sahədə təcrübə mübadiləsinin təşkilinin vacibliyini qeyd edib. Tərəflər Yaponiya Vergi Administrasiyasının nəzdində fəaliyyət göstərən Tədqiqiat Akademiyasının təcrübə mübadiləsi işlərinə cəlb edilməsi barədə razılığa gəliblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də əməkdaşlıqla bağlı razılaşma əldə olunub.
Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub



Azərbaycan-Yaponiya əlaqələri genişlənir
Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ
Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Mikayıl Cabbarov Lissabonda keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammitində iştirak edib
Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı rəisə vəzifə verdi
Vətəndaşlara ŞAD XƏBƏR
Bakıda beynəlxalq forum işə başlayıb
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq
Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığa dair PLAN İMZALANDI
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Bu ölkəni tərk edən turistlər vergi ödəməli olacaqlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 