Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib.
ONN media xəbər verir ki, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi işçilərini peşə bayramı münasibətilə təbrik edərək, nazirliyin fəaliyyətinin təkcə fiskal funksiyalarla məhdudlaşmadığını, vergi xidmətinin iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm rol oynadığını və onun sahibkarlığın inkişafında səmərəli bir tənzimləmə aləti olduğunu vurğulayıb.
Sonra vergilər nazirinin müavini İlkin Vəliyev və nazirliyin departament rəhbərləri 2018-ci ildə görülmüş işlər, qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər. Qeyd edilib ki, ötən il vergi daxilolmaları 7 milyard 415 milyon manat təşkil etməklə nəzərdə tutulmuş proqnoz tapşırıqları tam icra edilib, qeyri-neft sektorundan daxilolmalar əvvəlki ilə nisbətən artıb, regionların inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlar üzrə proqnoz tapşırıqlarına 114 faiz əməl edilib. Dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503,7 milyon manat və ya 21,4 faiz azaldılıb. Vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3,4 dəfə azaldılmasına baxmayaraq, risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada 2 dəfəyədək artım qeydə alınıb. Kollegiya iclasına yekun vuran M.Cabbarov 2019-cu il üçün vergi orqanlarının qarşısında duran əsas məsələlərə toxunaraq bildirib ki, vergi sistemində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan daha geniş istifadə olunması, vergi qanunvericiliyinin tətbiqi sahəsində vergi nəzarətinin və auditin keyfiyyətinin yüksəldilməsi, habelə vergi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet istiqamətlər olacaq.
Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsininin vacibliyini xüsusi olaraq vurğulayan nazir bildirib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. Vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən M.Cabbarov vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Sonda vergilər naziri Mikayıl Cabbarov 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrin icrasının təmin edilməsi, vergi orqanlarının fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə qurulması, nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib. BakuPost



Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək
Nazirlikdə ciddi kadr dəyişikliyi
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransı keçirildi
Biznes strukturlarının vergi islahatlarından məmnunluğu onların şəffaf fəaliyyəti ilə birbaşa bağlı olacaq
Bakıda beynəlxalq forum işə başlayıb
Nazir: "Vergi yoxlamalarının sayı azaldılacaq"
Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı rəisə vəzifə verdi
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət etdi
Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Mikayıl Cabbarov vergi qanunvericiliyində ediləcək dəyişiklikləri açıqladı
Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Mikayıl Cabbarov Lissabonda keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammitində iştirak edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 