Vergilər Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Yaponiyada rəsmi səfərdə olan vergilər naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb.
T.Kano 2018-ci ilin sentyabrında Bakıya rəsmi səfərini xatırladaraq, ölkəmizdə səmərəli görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Görüşdə ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyi vurğulanıb.
Səfər çərçivəsində vergilər naziri M.Cabbarov Yaponiya Baş nazirinin xüsusi müşaviri Tamohiko Taniquçi, xarici işlər nazirinin müavini Toşiko Abe, habelə Yaponiya maliyyə nazirinin müavini, Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvü Keniçiro Ueno ilə də görüşüb. Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, iqtisadi əlaqələrin genişləndirilməsi və ticarətin həcminin artırılması istiqamətində perspektivlər barədə müzakirələr aparılıb. Görüşlər zamanı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, ölkəmizdə qeyri-neft sahəsində əməkdaşlıq və müştərək müəssisələrin təşkili üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.
Vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-Yaponiya iqtisadi komitəsinin üzvləri ilə də görüşüb. Görüşdə komitə üzvləri ilə Yaponiya biznes dairələrinin Azərbaycan iqtisadiyyatında iştirakının artırılması imkanları, ölkəmizin sənaye, kənd təsərrüfatı, səhiyyə sahələrinə yeni texnologiyaların idxalı, sərmayə qoyuluşu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlərdə ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da iştirak edib.
Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən nümayəndə heyəti Sülh Memorial Muzeyi və Sülh parkı ilə tanış olub, II Dünya müharibəsi qurbanlarının xatirəsini yad edərək dərin ehtiramlarını bildiriblər



Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Yeni Vergilər nazirinin İLK ÇIXIŞI
Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşdü
Bakıda Lavrovla nələr müzakirə edildi?
Zakir Həsənov Yaponiya səfiri ilə görüşdü
Yaponiya Azərbaycan dostluğu güclənir
Zakir Həsənov türkiyəli generalla görüşdü
Anar Kərimov David Zalkaliani ilə görüşdü
Zelenski Azərbaycana gələcək
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
İlham Əliyev Yaponiyanın baş nazirinə məktub ünvanlayıb
Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 