Problemli kreditlərlə bağlı kompensasiyaların qaytarılması və kreditlərin restruktrizasiyası ilə bağlı mexanizm martın 15-də açıqlanacaq. Kompensasiyaların verilməsinə isə ən geci aprel ayının ortalarından başlanılacaq. ONN media xəbər verir ki, banklarda bu kreditlərlə bağlı xüsusi İşçi qrup işləyir və hər bir müştəri ilə bağlı məlumatların toplanılması sona çatmaq üzrədir. İşçi qrupa bankın kredit, müştəri şikayəti üzrə mütəxəssisləri, İdarə Heyətinin üzvləri daxildir. Hazırda banklar gərgin rejimdə çalışırlar və gün ərzində həm telefon zənglərinə, həm də banka gələn müştərilərə məlumat verilir. Problemli kreditlərin çox olduğu banklarda bəzən mindən çox zəngə cavab vermək lazım gəlir, üstəlik, hər bir verilən sual rəsmiləşdirilərək, günün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilir. Qeyd edək ki, ölkə banklarının arasında problemli kreditlərin həcminə görə “Bank of Baku” ASC və “Unibank” ASC-də daha çox müştəri var. Ona görə də bu bankların şöbə və filialları “yüklənmiş iş rejimi”ndə çalışırlar. Xüsusən banklardan kredit tarixçələri ilə bağlı çıxarış alanların sayı çoxdur. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar tərəfindən bu proses elektronlaşdırılacaq və vətəndaşın adına kart açılacaq. Banklar hər bir müştəriyə zəng vuraraq ona bütün məlumatları çatdıracaqlar və növbəli qaydada kompensasiyalar ödəniləcək. Aprelin ikinci yarısıından sonra əlaqə saxlanılmadığı halda vətəndaşın banka müraciət etməsi məsləhət görülür. V.Bayramovun sözlərinə görə, kredit götürənin əvəzinə borcu zamin ödəyibsə, ona fərdi yanaşma tətbiq ediləcək və kompensasiyanın ödənişindən onlar da yararlanacaqlar.
Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR



Problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb?- AÇIQLAMA
Problemli kreditlərin həcmi nə qədərdir?
Samir Şərifovdan problemli kreditlərlə bağlı YENİ XƏBƏR
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
Problemli kreditlərlə bağlı hansı qərar verildi?
Camaat "qara siyahı"lardan əziyyət çəkməyəcək"- NAZİR
Kreditinizin nə qədər silinəcəyini BURADAN ÖYRƏNİN
Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA
Kompensasiyalarla bağlı SMS almayan vətəndaşların - DİQQƏTİNƏ
Kreditlərlə bağlı şad xəbər: İlin sonunda...
Kredit güzəşti ilə bağlı XƏBƏR VAR
Problemli kreditlər azalıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 