"Şübhəsiz ki, problemli kreditlərlə əlaqədar zamin, borclu, bank və kredit alanlar arasında bir çox sual yaranacaq. Hər bir fərdi hala baxılmasına ehtiyac var, çünki bunlar bir-birindən fərqlənə bilər”.
ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında problemli kreditlərlə əlaqədar Prezident fərmanını şərh edən maliyyə naziri Samir Şərifov bildirib.
S. Şərifov deyib ki, Maliyyə Nazirliyinin İnternet portalında xüsusi bir bölmə yaradılır: "Fərmana əsasən, konkret təşkilatlar qarşısında 45 günlük müddət qoyulub. Ödənişlər Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Ona görə də Maliyyə Nazirliyində problemli kreditlərlə bağlı "qaynar xətt” də yaradılacaq. "Qaynar xətt"ə zənglər daxil olarkən həmin suallar cavablandırılacaq”.
Maliyyə naziri qeyd edib ki, fərmana əsasən, kreditlər bağışlanmır: "Fərmanda sadəcə, vaxtı ötmüş kreditlərin bağlanması üçün daha uzun müddət verilir. Eyni zamanda banklara, kredit təşkilatlarına tövsiyə olunur ki, borclulara dair məhkəmə, hüquq-mühafizə orqanlarında olan işləri geri çağırsın. Faiz və dəbbə borclarının silinməsi üzrə tədbirlər görülsün. Banklar, kredit təşkilatları borclulara dair məhkəmə və hüquq-mühafizə orqanlarında olan işləri geri çağırdıqdan sonra camaat "qara siyahı"lardan əziyyət çəkməyəcək". ONA



Samir Şərifovdan problemli kreditlərlə bağlı YENİ XƏBƏR
Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR
Problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb?- AÇIQLAMA
Kreditinizin nə qədər silinəcəyini BURADAN ÖYRƏNİN
Problemli kreditlərlə bağlı hansı qərar verildi?
Kredit güzəşti ilə bağlı XƏBƏR VAR
Fərman devalvasiyadan əvvəl dollarla götürülmüş kreditlərə də şamil ediləcək?
Gözlənilən gün gəldi- Problemli kreditlərlə bağlı veriləcək kompensasiyanın məbləği...
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
Azərbaycanda kreditlərlə bağlı qaydalar dəyişdi
Banklara 816 milyon manatlıq kredit geri qaytarılmayıb
Problemli kreditlərin həcmi nə qədərdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 