Novruz bayramı ilə əlaqədar “Bakı Metropoliteni”nin bəzi stansiyalarında konsert proqramı təşkil ediləcək. Qurumun mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, mart ayının 19-u və 20-sində saat 16:00-dan 18:00-a qədər “İçərişəhər” stansiyasında beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə çıxış edəcək. İki saat ərzində onun sintezator ifasında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələrini, eləcə də məşhur dünya bəstələrini eşitmək mümkün olacaq. Bununla yanaşı, xüsusi əlamətdar günlərdə "Bakı Metropoliteni" QSC-nin sərnişinlərə ərməğan etdiyi ənənəvi konsert proqramı da səsləndiriləcək. Milli muğam üçlüyü və instrumental kvartetin ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri canlı olaraq təqdim ediləcək. Hər iki proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçaları üstünlük təşkil edəcək. Milli muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, simli kvartet isə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir. Konsert mart ayının 19-dan 21-nə qədər dörd stansiyada nəzərdə tutulub. Musiqili dəqiqələrin afişası belədir: – “28 May” stansiyası – 11:00 - 13:30 – “Sahil” stansiyası – 12:00 - 13:30 – “İçərişəhər” stansiyası – 13:00 - 14:30 – ”Elmlər Akademiyası” stansiyası – 14:00 -15:30
Metroda konsert olacaq



Metroda Novruz şənliyi keçirildi
4 gün metro stansiyalarda elə birşey olacaq ki...
Bakı metrosunda konsert olacaq
Bakı metrosunda bayramla bağlı YENİLİK
18 sentyabrda metrolarda elə bişey olacaq ki...
BŞİH-dən Novruz bayramı ilə bağlı icra başçılarına tapşırıq - SİYAHI
Muğam Mərkəzində musiqi festivalı keçiriləcək
Bakıda keçiriləcək Novruz tədbirləri açıqlandı
Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə konsert keçirilib
“Bakı Metropoliteni” sərnişinlərə sürpriz hazırlayır
Latviyada Novruz şənliyi keçirildi
Bakı metrosunda konsert olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 