Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda sabiq səhiyyə naziri Əli İnsanovun da adı var. ONN media Publika -ya istinadən bildirir ki, beləliklə Prezidentin əfv etməsi ilə Ə.İnsanov da azadlığa çıxıb. Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ə.İnsanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra sabiq nazir kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Xatırladaq ki, ötən il noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb. O, icraatında çox iş olduğunu, cinayət işinin materialları ilə tanış olmadığını bildirib. Vəsatət təmin edilib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Prezident Əli İnsanovu ƏFV ETDİ



Əli İnsanov əfv edildi
Müdafiə nazirinin sabiq müavini azadlığa buraxıldı
Polisin "saxla" işarəsinə əməl etmədi - Avtomobillə qəza törətdi
Əli İnsanovun həbsxanadan çıxarkən geyindiklərinin ŞOK QİYMƏTİ
Müdafiə nazirinin sabiq müavini vəfat edib
Rəşad Dağlının dostunu güllələyən şəxsə ağır cəza
Əli Kərimlinin qaynıda ƏFV EDİLDİ
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
Əli İnsanovun vəkili danışdı: “14 ildə Əli İnsanov bir dəfə də ailəsinə zəng vurmadı...”
İlham Əliyev həbsdə olan generalı da əfv etdi
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 