Xalqımızın Novruzla bağlı sevdiyi adətlərdən biri də İlaxır çərşənbə subay qızların baxdıqları fallardır. ONN media isə bu falları sizin üçün nümayiş etdirmək qərarına gəlib.
Əsrlər boyu subay qızlar Novruz qabağı son çərşənbədə bayram falına baxmaq üçün fal ətrafında yığışıblar. İstəklər isə həmişə eyni olub. “Görəsən, nə vaxt ərə gedəcəyəm?”, “Görəsən, bu il arzum çin olacaqmı?”
Birinci fal hər kəsin yaxşı tanıdığı şam falıdır. Kasaya su doldururuq, şamı yandırırıq və subay qızımızın yaşı qədər su üzərinə şam damcıladırıq. İnanclara görə, subay qızımızın gələcək nişanlısının adı suyun üzərində ərimiş şam damcılarının formalaşdığı hərf ilə başlayacaq.
Daha çox baxılan digər fal da üzük falıdır. Subay qızın telinə bəxt üzüyü salınır və su ilə dolu stəkan üzərində tutulur. Üzük neçə dəfə stəkanın divarlarına dəyərsə, qızımız da o yaşda ərə gedəcək.
Son nümayiş etdiyimiz fal isə kibrit çöpü falıdır. Ürəyimizdə arzu tuturuq və kibrit çöplərini xeyir və şər olaraq ayırırıq. Xeyir çıxacaqsa, arzu çin olur, əks halda isə bu arzu bu il həyata keçmir.
Fallarımız doğru çıxsa da, çıxmasa da, atalarımızın çox gözəl məsəli var. “Fala inanma, faldan da qalma!”(Sputnik Azərbaycan)
https://www.youtube.com/watch?v=ojFtRa6bHTc



Bu gün ilaxır - Torpaq çərşənbəsidir
Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Bu gün ilaxır - Torpaq çərşənbəsidir
Bu gün İlaxır Çərşənbədir
Qızlar üçün maraqlı NOVRUZ FALLARI
Qızlar üçün maraqlı NOVRUZ FALLARI
Bu gün Azərbaycanda Su çərşənbəsidir
Bu gün Novruzun ilk çərşənbəsidir
Kim daha uzun yaşayır?- Evli yoxsa subay?
Aynişandan sərt İSMARIC
Subay qadınlar övladlığa uşaq götürə bilərmi?
Su çərşənbəsində edəcəklərimiz
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 