Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunur. ONN media bildirir ki, torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça bəzədilməsi, qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələr var. Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar. Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar. İlaxır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan - demək, o yaşda da gəlin gedəcəksən.
Bu gün ilaxır - Torpaq çərşənbəsidir



Bu gün ilaxır - Torpaq çərşənbəsidir
Bu gün İlaxır Çərşənbədir
Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir
Bu gün Azərbaycanda Su çərşənbəsidir
Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd olunur
Bu gün od çərşənbəsidir
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda od çərşənbəsidir
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Bu gün Od çərşənbəsidir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 