Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində aparılan yenidənqurma işləri sona çatıb. Bu barədə ONN media -ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, sözügedən küçə Yeni Yasamal yaşayış massivinin əsas yollarından biri hesab olunur və bu ərazidə yaşayan vətəndaşların Bakı Dairəvi-1 avtomobil yoluna, həmçinin Abbas Mirzə Şərifzadə küçəsinə çıxışını təmin edir. Bu üzdən küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1.6 km, eni isə ortalama 16 metr olan Məhəmməd Xiyabani küçəsində aparılan yenidənqurma və bərpa işləri keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, kənarlarına yeni səki daşları düzülüb. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri ümumilikdə 25 min kv.m-dən artıq sahəni əhatə edib.
Sürücülərin DİQQƏTİNƏ - Bu yol...



Bakıda Neapol küçəsi yenidən quruldu
Hövsanda bu küçə təmir edildi
Bu küçə yenidən qurulur
Bu küçədə təmir işləri yekunlaşdı
Xətaidə 2 əsas küçə təmir edilir
Bu küçədə təmir işləri başa çatdı
Bakıda daha bir küçə təmir edilir
Sürücülərin NƏZƏRİNƏ: Bu yolda dəyişiklik edildi
Bakının bu küçəsi əsaslı təmir edilib
Diqqət- Bu yollarda hərəkət məhdudlaşdırıldı
Daha bir küçədə təmir işləri yekunlaşdı
Qusar-Qayakənd-Avaran-Xürəl yolu yenidən qurulur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 