Xətai rayonu Neapol küçəsi yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Uzunluğu 800 m, eni isə 24 metr olan Neapol küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma və bərpa işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzindəyararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.
Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.
Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub.
Texnoloji ardıcıllığa uyğun olaraq küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri ümumilikdə 25 min kv.m sahəni əhatə edib. Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədi ilə 1 metr enində ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb.
Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edib.



Sürücülərin DİQQƏTİNƏ - Bu yol...
Bu küçədə təmir işləri yekunlaşdı
Bakıda daha bir küçə təmir edilir
Xətaidə 2 əsas küçə təmir edilir
Hövsanda bu küçə təmir edildi
Bu küçədə təmir işləri başa çatdı
Bakıda bu yolun asfaltlanmasına başlanılıb
Paytaxdın bu küçəsi simasını tamamilə dəyişdi - Fotolar
Bakının bu küçəsi istifadəyə verildi
Bu küçədə təmir işlərinə başlanılıb
Daha bir küçədə təmir işləri yekunlaşdı
Bakıda bu küçə təmir edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 