ABŞ-ın nüfuzlu “Vaşinqton Tayms” qəzetinin müxbiri Monika Krouli və tanınmış 77WABC radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb. Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə də geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır. Müsahibə zamanı erməni separatçılarının hələ sovet hakimiyyəti dövründə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükləri, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdikləri, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikləri diqqətə çatdırılıb. Bildirilib ki, işğal nəticəsində öz torpaqlarından qovulmuş azərbaycanlı əhali ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərində məcburi köçkün vəziyyətində yaşayır. Müsahibədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hazırda davam etdirildiyi bildirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf yeddi rayona qayıtmasını özündə ehtiva edən sülh sazişinin yaxın zamanlarda imzalanacağına ümid ifadə edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hələ ki, bir nəticə vermədiyi, lakin hazırki danışıqların davam etdirilməsinin vacib olduğu vurğulanıb, BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamələrin qəbul edildiyi bildirilib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyi diqqətə çatdırılıb.(axar.az)
Yaxın vaxtda sülh sazişinə ümid edirik - İcma sədri



Tural Gəncəliyevdən Qarabağ separatçılarının rəhbərinə CAVAB
İtaliyanın məşhur jurnalı Qarabağdan yazdı
Gəncəliyev: Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi
Ermənistanın son hərəkətləri həmsədrlərə qarşı açıq-aşkar saymamazlıqdır - Gəncəliyev
Qarabağ icması və “ASAN Radio”dan yeni LAYİHƏ
Erməni icması azərbaycanlılarla yaşamağa hazırdır
Mehriban Əliyeva: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir- İLHAM ƏLİYEV
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi
Əli Həsənovun əsəri Buxarestdə rumın dilində nəşr edilib
Azərbaycan XİN -dən erməni nazirə CAVAB
Ermənilər Tural Gəncəliyevi terrorla təhdid etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 