Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları ofisinin təşkilatçılığı ilə Varşavada insan alveri, eləcə də qaçqın və məcburi köçkünlərin hüquqları mövzusunda keçirilən konfransda iştirak ediblər. Ermənistan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin toplantıda çıxış etməsinə mane olmağa çalışıblar. Tural Gəncəliyev toplantıda işğal altındakı Dağlıq Qarabağın 800 mindən artıq əhalisini təmsil etdiyini deyib. Dünya birliyini onların pozulmuş hüquqlarının bərpasına çağırıb. Toplantıda çıxış edən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 ətraf rayonun 1 milyona yaxın əhalisinin hüquqlarının pozulduğunu, dünyanın isə buna göz yumduğunu qeyd edib. Fuad Hüseynov problemin həllinin işğala son qoyulması və bu insanların öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasından sonra mümkün olacağını bildirib. Amma Ermənistanın bunda maraqlı olmadığını diqqətə çatdırıb.(trend)
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi



Azərbaycan XİN -dən erməni nazirə CAVAB
Tural Gəncəliyev: Azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan...
Ermənilər Tural Gəncəliyevi terrorla təhdid etdi
Gəncəliyev Qarabağ münaqişəsi ilə bağlı araşdırmaya münasibət bildirdi
Qarabağ icması və “ASAN Radio”dan yeni LAYİHƏ
Gəncəliyev: Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi
Yaxın vaxtda sülh sazişinə ümid edirik - İcma sədri
Tural Gəncəliyevdən Qarabağ separatçılarının rəhbərinə CAVAB
Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrovun açıqlaması barədə bəyanat yayıb
Ermənistanın son hərəkətləri həmsədrlərə qarşı açıq-aşkar saymamazlıqdır - Gəncəliyev
Gəncəliyev: "Ermənilər yeni hücumlara hazırlaşır"
Paris görüşü ümidlərimizi artırır - Tural Gəncəliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 