ONN media xəbər verir ki, “Diqlas” Ticarət Mərkəzində baş verən dəhşətli yanğından sonra məlum oldu ki, mərkəzdə fəaliyyət göstərən mağazaların heç birinin sığortası yoxdur.
Maraqlıdır, sahibkarlar niyə mallarını sığorta etdirməyə o qədər də meyilli deyil?
Mövzu ilə bağlı danışan hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, sahibkarların öz dükanlarını sığorta etdirməməsinə səbəb elə sığorta şirkətlərinin özləridir.
Hüquqşünas bildirib ki, ümumiyyətlə, bizim ölkədə könüllü sığorta yox dərəcəsindədir:
“Sığorta şirkətləri icbari sığortaların və qanunda "könüllü" kimi nəzərdə tutulsa da, əslində məcburi olan sığortaların (məsələn, girov və ya lizinq predmetinin sığortası və s.) hesabına mövcuddur. Vəziyyəti isə ilk növbədə sığorta şirkətləri özləri və bu sahədə dövlət idarəçiliyini həyata keçirən qurumlar dəyişməlidir. Sığorta xidmətini elə real və mükəmməl etmək lazımdır ki, sahibkar işə başlamazdan əvvəl ilkin addımlar sırasında sığorta müqaviləsini bağlamağı düşünsün.
Məsələn, dünənki kimi hadisə inkişaf etmiş sığorta bazarı olan ölkədə olanda sahibkar nəinki malı üçün göz yaşı tökür, hətta yaxına gəlib zəhərli tüstünü də udmaq istəmir”.
Hüquqşünas bildirib ki, xüsusilə ictimai yerlərdə - çoxmənzilli binalarda, ticarət obyektlərində, şou məkanlarında, təhsil müəssisələrində və s. yanğından mühafizə qaydaları heç vaxt unudulmamlıdır:
“Hazırda ölkəmizdə, xüsusən də Bakıda tikinti norma və qaydalarına məhəl qoyulmadan sıx məskunlaşma, xüsusən iri ticarət obyektlərinin ətrafında mövcud olan vəziyyət ciddi narahatlıq yaradır. Unutmaq olmaz ki, hər il dünyada yanğınlar 85-90 min insanın həyatına son qoyur”. Axar



Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradıldı
Azərbaycanın sığorta bazarı 40 faizdən çox artıb
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Mənzilə görə 30 manat cərimə olunacaqsınız!
Bu sürücülərə cərimə yazılacaq — RƏSMİ
Azərbaycanda yeni Fond yaradıldı
Avtomobillərin icbari sığorta bazarı 54% böyüyüb
“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb
Bu halda cərimələnməyəcəksiniz - Sürücülərə ŞAD XƏBƏR
Mənzillərini sığortalamayanları nə gözləyir?
"Eurohome"dəki yanğının zərərini kim ödəməlidir?
Bu halda vəzifəli şəxslər cərimə ediləcək
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 