Paytaxt Bakıda və digər yaşayış məntəqələrində daşınmaz əmlaka sahib olanlar bir neçə gün sonra kütləvi şəkildə cərimələnə bilər. Buna əsas yaradan səbəb daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən düzəlişdir. ONN media xəbər verir ki, daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minib. Lakin bu qanun demək olar ki, işləməyib. Nəticədə daşınmaz əmlakın icbari sığortasından yayınmaya görə cərimə cəzalarının tətbiqi haqda düzəliş qəbul edilib. Beləliklə, qanuna görə 2020-ci il yanvarın 1-dən etibarən Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir. Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır. Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir. Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasına nəzarət mexanizmi ilin əvvəlindən işə düşməliydi. Belə ki, İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin e-mailinə və yaxud telefonuna mesaj göndəriləcək. Lakin fiziki olaraq yanvarın 20-nə qədər bütün daşınmaz əmlak sahiblərinin öz əmlaklarını sığorta etdirməsi mümkün görünmür. Bunun üçün təxminən iki həftə ərzində bütün ölkə boyu əmlak sahibləri sığorta şirkətləri ilə kütləvi şəkildə müqavilələr bağlamalıdır. Əgər bu baş verməsə cərimə mexanizmi işə düşməlidir
Mənzillərini sığortalamayanları nə gözləyir?



Mənzilə görə 30 manat cərimə olunacaqsınız!
Daşınmaz əmlak sığortalanmayıbsa, dəymiş zərərə görə MƏSULİYYƏT....
Taksi xidmətləri ucuzlaşa bilər: vergi azaldılır
Sənədsiz evlər necə sığortalanır?
Yasamalda baş verən hadisədə zərərçəkənlərin NƏZƏRİNƏ
Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın məbləği artırılıb
Evi olanlarlın NƏZƏRİNƏ - Bunu etməsəniz...
İcbari tibbi sığorta üçün maaşdan daha çox pul tutulacaq
Elektromobil sahiblərinin NƏZƏRİNƏ
Yanvarın 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ
Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradıldı
“Zavodda 6 aylıq yağ ehtiyatı yanıb, zərər 10 milyonlarla ölçülür”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 